Azərbaycanı Avropa Liqasında təmsil edən “Qarabağ” klubu Liqa mərhələsinin son turunda Yunanıstan “Olimpiakos”u ilə qarşılaşıb. Səfərdə baş tutan oyun Yunanıstan klubunun 3:0 hesablı qələbəsilə yekinlaşıb. Beləliklə, “Qarabağ” mübarizəni dayandıraraq, AvroLiqa ilə vidalaşıb.
“Qarabağ”ın AvroLiqadakı ardıcıl məğlubiyyətləri komandanın azarkeşlərini də kədərləndirib. Sosial şəbəkələrdə isə Ağdam klubunun aşağı səviyyəli oyunu tənqidlərə tuş gəlib. Komandanın artıq zəiflədiyi düşünülür.
Hokm.az xəbər verir ki Milli Məclisin Ağdamdan olan deputatı Aqil Abbas Modern.az-a açıqlamasında bildirib ki, “Qarabağ” zəifləməyib, sadəcə, Avropa klubları güclüdür:
“Komandamız zəifləməyib. Bu futboldur, “Qarabağ” əvvəllər həmişə udurdu, indi uduzur. Komandanın zəiflədiyi barədə iddiaları qəbul etmirəm, bu haqda deyilənlər boş söhbətdir. Sadəcə olaraq Avropa klubları daha güclüdür”.