Qəzaya uğrayan Bolqarıstan qırıcı təyyarəsinin pilotu həlak olub.
Hokm.az xəbər verir ki, bu barədə Bolqarıstanın Müdafiə Nazirliyi məlumat yayıb.
“Axtarış əməliyyatları zamanı MiQ-29 qırıcısının pilotu mayor Valentin Terziyevin 9 iyunda təlim uçuşu zamanı baş verən qəzada həlak olduğu müəyyən edilib”, – MN-dən bildirilib.
Qeyd edək ki, təyyarə ilə əlaqə Qara dəniz üzərində təlim uçuşu zamanı kəsilib. Təyyarə dənizə düşüb.axar.az