2003-cü ildə ilk dəfə Prezident seçilən İlham Əliyev inaqurasiya çıxışı zamanı bəyan etdi ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirəcək, milli-mənəvi dəyərlərimizin qorunmasına, işğal altında olan torpaqlarımızın bərpasına nail olacaq. İlham Əliyev hələ o zaman qeyd edirdi ki, Azərbaycanın ərazi bütövlüyünə nail olmaq üçün ölkəmizin iqtisadi və hərbi, eləcə də beynəlxalq miqyasda qüdrəti artırılmalıdır. Açıq şəkildə söyləmək olar ki, İlham Əliyev verdiyi bütün vədlərə sadiqliyi, sözü və əməli bütöv olan azsaylı liderlərdəndir. Bu xüsusiyyəi nəinki Azərbaycanda, dünya miqyasında ona böyük şörhət gətirib.
3i ildir işğal altında olan torpaqlarımızn 44 gün ərzində geri qaytarılması, əlbəttə öz liderinin siyasi iradəsinə, gücünə və qətiyyətinə arxalanan xalqın, Ordunun tarixi zəfərinin nəticəsi idi. Dünya xalqlarının tarixində belə “tarixi revanş” səhifəsi yoxdur. Azərbaycan tarixində belə “zəfər və şərəf səhifəsi”ni Müzəffər Ali Baş Komandan İlham Əliyevin vətənpərvərliyi, torpaqlarımıza, əcdadlarımızdan bizə miras qalan milli-mədəni irs obyektlərinə və sərvətlərə göz dikən düşmənlərə qarşı mübarizliyindən, dönməzliyindən xəbər verir.
Cənab Əliyevin apardığı siyasətdə ən mühüm məqamlardan biri həmin siyasətin davamlı və kompleks xarakter daşımasıdır. İstər vətən müharibəsi, istərsə də pandemiya dövrünün inkişaf strategiyasında cəmiyyətdə sosial, humanitar, mədəni və s. münasibətlərin tənzimlənməsi daim diqqət mərkəzində saxlanılıb. Başqa sözlə, aparılan islahatlar cəmiyyətin inkişafının bütün sahələrini əhatə edib. Onların diqqətçəkən nəticələrindən biri Azərbaycanın regionun ən böyük enerji və nəqliyyat-tranzit mərkəzinə çevrilməsidir. Bu baxımdan “Yeni əsrin müqaviləsi”nin imzalanması və “Cənub Qaz Dəhlizi”nin açılışını son dövrlərin ən əhəmiyyətli layihələri kimi qiymətləndirə bilərik. Bu qəbildən olan layihələrin icrasından əldə olunan vəsaitlərdən xalqın maddi rifahının yaxşılaşdırılması, müharibə iştirakçılarının ailələrinə dövlət qayğısının göstərilməsi, eləcə də işğaldan azad olunan ərazilərin bərpası istiqamətlərində məqsədyönlü şəkildə istifadə olunur.
Hazırda ölkəmizdə sabitlik hökm sürür. Azərbaycanda multikultural cəmiyyət formalaşıb və dinlərarası münasibətlər, tolerantlıq ən yüksək səviyyədədir. Hətta inkişaf etmiş dünya dövlətlərinə nümunə sayılacaq həddə. Prezident seçkiləri ərəfəsində bu sabitliyi və inkişafı həzm edə bilməyən qüvvələr cəmiyyətdə çaşğınlıq yaratmağa çalışırlar. Onlar sivil rəqabət aparmaq, seçkilərdə öz namizədlərini dəstəkləmək yolunu tutmaq əvəzinə Cənab prezident cənab Prezidenyin 20 illik səmərəli fəaliyyətinə kölgə salmağa çalışırlar. Lakin Azərbaycan xalqı öz liderinin siyasi, diplomatik gücünə, idarəçilik təcrübəsinə arxalanaraq, yeni reallıqlara müdaxilə etmək istəyənlərə qarşı barışmazlığını nümayiş etdirir.
Bəli, cari reallıqlar xalqımızın 07 fevral 2024-cü il tarixdə öz liderinə olan münasibətini bir daha bütün dünyaya nümayış etdirəcək. Mən də daim gənclərdən ibarət auditoriyalarla təmasda olan bir vətəndaş kimi əminəm ki, xalqımızın seçimi və mövqeyi dəyişməzdir.
Müəllif: İbrahim Quliyev, Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədrinin müşaviri