Putin sual yağışına tutulacaq – 500 min müraciət gəlibbackend

Putin sual yağışına tutulacaq – 500 min müraciət gəlib

Rusiya prezidenti Vladimir Putinlə dekabrın 19-da baş tutacaq canlı yayıma sual verənlərin sayı 500 mini keçib.

Hokm.az xəbər verir ki, bu barədə “Rossiya-24” telekanalı məlumat yayıb.

Ən populyar mövzular nəqliyyatın inkişafı, mənzillərin əlçatanlığı, tibbin vəziyyəti və sosial müavinətlər olaraq qalır. Bundan əlavə, ruslar kran suyunun keyfiyyəti ilə bağlı çoxlu suallar verirblər.

“Təəssüf ki, insanlar krandan paslı su axınının tamamilə fərqli bölgələrdən – Saratov vilayətindən, Novosibirsk, Moskva vilayətlərindən, Kareliyadan gəldiyindən şikayətlənirlər” – məlumatda deyilib.

Böyük mətbuat konfransı ilə birlikdə Putinin birbaşa xətti dekabrın 19-da Moskva vaxtı ilə saat 12:00-da baş tutacaq.

  •  (0)
  •  (0)