Putin sərəncam imzaladı: “Eurovision”a qarşı “İntervision” keçiriləcəkbackend

Putin sərəncam imzaladı: “Eurovision”a qarşı “İntervision” keçiriləcək

Rusiya prezidenti Vladimir Putin “İntervision” musiqi müsabiqəsinin 2025-ci ildə keçirilməsi haqqında sərəncam imzalayıb.

Hokm.az xəbər verir ki, müvafiq sənəd hüquqi aktların dərci üçün rəsmi internet saytında yerləşdirilib.

“İntervision” musiqi müsabiqəsi “Eurovision”un alternativi olacaq.

“İntervision” müsabiqəsi Moskva və Moskva vilayətində keçiriləcək.

Bildirilir ki, təşkilat komitəsinin sədri baş nazirin müavini Dmitri Çernışenko olacaq. Müsabiqənin dəqiq tarixləri və onun formatı sənəddə göstərilməyib.

MDB, BRICS, ŞƏT, Latın Amerikasının 20-yə yaxın ölkəsi bu musiqi müsabiqəsində iştirakını artıq təsdiqləyib.

Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy əvvəllər bildirib ki, “İntervision” 2025-ci ilin sentyabrında baş tutacaq.

  •  (0)
  •  (0)