Polad Bülbüloğlu 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Hokm.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncamla P.Bülbüloğlu bu mükafata Azərbaycanın ictimai-siyasi və mədəni həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə layiq görülüb.
Qeyd edək ki, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycanın Rusiyadakı sabiq səfiri, sabiq mədəniyyət naziri Polad Bülbüloğlu sabah 80 yaşını qeyd edir.