Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Aktau şəhərinin yaxınlığında qəzaya uğramasının səbəblərinin araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün dövlət komissiyasının yaradılması haqqında Sərəncam imzalayıb.
Hokm.az xəbər verir ki, komissiyanın tərkibi aşağıdakı kimidir:
Sədr – Əli Əsədov, Azərbaycan Respublikasının Baş naziri
Üzvlər:
Şahin Mustafayev – Azərbaycan Respublikası Baş nazirinin müavini
Rəşad Nəbiyev – Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri
Samir Rzayev – “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti
Ceyhun Bayramov – Azərbaycan Respublikasının xarici işlər naziri
Kamran Əliyev – Azərbaycan Respublikasının baş prokuroru
Vilayət Eyvazov – Azərbaycan Respublikasının daxili işlər naziri
Əli Nağıyev – Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
Kəmaləddin Heydərov – Azərbaycan Respublikasının fövqəladə hallar naziri
Teymur Musayev – Azərbaycan Respublikasının səhiyyə naziri
Sahil Babayev – Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri
Arif Məmmədov – Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktoru.
Dövlət Komissiyası baş vermiş qəzanın səbəblərini qısa müddətdə araşdırıb Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, qəza nəticəsində həlak olmuş və xəsarət almış şəxslərin ailələrinə müvafiq yardım göstərilməsini təmin etməli, qəza nəticəsində həlak olmuş və xəsarət almış xarici ölkə vətəndaşları ilə bağlı məsələləri həll etməli, Dövlət Komissiyasının fəaliyyəti barədə ictimaiyyətə mütəmadi məlumat verməlidir.