Prezident Baş naziri niyə işdən çıxarıb? – Detalları AÇIQLANDIbackend

Prezident Baş naziri niyə işdən çıxarıb? – Detalları AÇIQLANDI

Qırğızıstanın Baş naziri Akılbek Japarov tutduğu vəzifədən başqa işə keçməsi ilə əlaqədar azad edilib.

Hokm.az xəbər verir ki, bu barədə ölkə prezidenti Sadır Japarovun Mətbuat Xidməti məlumat yayıb.

Qeyd olunur ki, baş nazirin və prezident administrasiyası rəhbərinin səlahiyyətlərini icra edən şəxs vəzifəsinə bu vaxta qədər hökumət başçısının birinci müavini işləyən 64 yaşlı Adılbek Kasımaliyev təyin edilib.

Qırğızıstanın Baş naziri və Prezident Administrasiyasının rəhbəri Akılbek Japarov istefaya göndərilib.

Hokm.az qırğız mətbuatına istinadən xəbər verir ki, bu barədə prezident Sadır Japarov sərəncam imzalayıb.

Onun səlahiyyətlərinin müvəqqəti icrası Baş nazirin birinci müavini və maliyyə naziri Adılbek Kasımaliyevə tapşırılıb.

Qeyd edək ki, A. Kasımaliyev 2015-2018-ci illərdə maliyyə naziri vəzifəsində çalışıb, 2022-ci ildən isə baş nazirin birinci müavini təyin olunub.

  •  (0)
  •  (0)