Prezident İlham Əliyev Batumiyə Azərbaycanın Baş konsulunun təyin edilməsi haqqında Sərəncam imzalayıb.
“Hokm.az” xəbər verir ki, dövlət başçısı bu vəzifəyə Fuad Süleyman oğlu Əzizovu təyin edib.
İlham Əliyev, həmçinin Ayxan Firudin oğlu Süleymanlını Qazaxıstanın Aktau şəhərinə, Vüqar İsrayıl oğlu Qurbanovu Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərinə, Zamin Məmməd oğlu Əliyevi Türkiyənin Qars şəhərinə Baş konsul təyin edib.