Polkovnik Prezident – Putin general rütbəsindən niyə İMTİNA EDİB…backend

Polkovnik Prezident – Putin general rütbəsindən niyə İMTİNA EDİB…

Rusiyada yüksək çinli hərbçilərin “Yoldaş Ali Baş Komandan!”, -deyə məruzə etdikləri prezident Vladimir Putinin də hərbi rütbəsi var, o, polkovnikdir.

Bəs polkovnik rütbəsinədək irəliləyən prezident niyə hərbi paltar geyinib poqon taxmır, general və marşal rütbəsi almayıb?

Hokm.az-ın məlumatına görə, TASS agentliyi bu suallara “Milli müdafiə” jurnalının baş redaktoru, hərbi analitik İqor Korotçenko ilə söhbətdə cavab axtarıb.

Agentliyin məqaləsində qeyd edilib ki, Vladimir Putin ilk zabit rütbəsini dövlət təhlükəsizliyi orqanlarında işə başlayanda alıb. Rusiya lideri etiraf edib ki, vaxtilə “kəşfiyyatçıların işi haqqında romantik hekayələr”lə çox maraqlanırmış və bu maraq onu “KQB” məktəbinə aparıb. 1985-ci ildə mayor Putin xarici kəşfiyyat zabiti kimi keçmiş Almaniya Demokratik Respublikasının Drezden şəhərinə gedib və beş illik xidmətdən sonra oradan polkovnik-leytenant rütbəsində qayıdıb.

Gələcək prezident dövlət təhlükəsizliyi orqanlarında xidmət edərkən iki dəfə istefa ərizəsi verib, çünki Leninqrad rəhbərliyinin əleyhdarları onun “çekist” statusundan demokrat Anatoli Sobçaka qarşı siyasi mübarizədə istifadə edə bilərdilər. 1991-ci il avqustun 20-də elə Sobçakın şəxsi müdaxiləsi sayəsində Putinin ehtiyata buraxılma proseduru tamamlanıb.

Lakin ehtiyatda olan gələcək prezidentin daha sonralar bir hərbi rütbə yüksəlişi də olub – polkovnik poqonu. Vladimir Putin hələ də bu rütbəyə sahibdir.

Rusiya Federasiyasının Konstitusiyasına görə, general rütbəsini yalnız prezident verə bilər.

Məqalə müəllifi yazır ki, tarixdəki Rusiya imperatorları bütün ömürləri boyu taxta çıxdıqları rütbədə qalıblar və Putin də bu ənənəni pozmayıb.

Hərbi analitik İqor Korotçenko bildirib ki, prezident Putin Ali Baş Komandan statusu ilə kifayətlənir. Rusiya Konstitusiyasına görə də ölkənin Silahlı Qüvvələrinin Ali Baş Komandanı prezidentdir.


“Putin onsuz da general rütbəsi almaq fürsətindən istifadə etməzdi. Onun özü bu qərarı 2011-ci ildəki canlı yayımda bildirib”, – hərbi analitik deyib.

Həmin vaxt Putin bildirib:

“90-cı illərin sonlarında Rusiya Federasiyasının birinci prezidenti Boris Nikolayeviç Yeltsinin mənə Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru vəzifəsini təklif etdiyi səhnəni xatırlayıram. Yeltsinin qəbulunda olanda o, mənə general rütbəsi vermək qərarına gəldiyini dedi, məlum olduğu kimi, mən polkovnikəm. Boris Nikolayeviçə dedim ki, bir vaxtlar hərbi təşkilatı tərk etdim və yenidən geri qayıtmağı düşünmürəm.
Amma təklif etdim ki, gəlin, mən Federal Təhlükəsizlik Xidmətinin ilk mülki direktoru olun, Yeltsin  təəccübləndi və razılaşdı: “Yaxşı, olsun”.

İ.Korotçenko gələcək prezidentin general rütbəsindən imtinasını “peşəkar qərar” kimi qiymətləndirib.

“Putin Rusiyaya general poqonları daşımadan xidmət etməyi seçdi. Bu, onun şüurlu seçimi idi və bu, “parad” aspektlərinə deyil, bütün diqqətini real əməliyyat işinə cəmləmək istəyindən irəli gəlirdi”, – deyə hərbi analitik qeyd edib.

“Biz başa düşməliyik ki, FTX direktorunun vəzifəsinin adi kateqoriyası ordu generalıdır. Putin bu yüksək rütbəni sözün əsl mənasında bir neçə il ərzində ala bilərdi”, – deyə Korotçenko bildirib:

“Lakin o, mülki FTX direktoru kimi, bütün diqqətini əsas işə cəmləyərək, general rütbələri almadan işləyə biləcəyinə inanırdı”.

Vladimir Putin 25 iyul 1998-ci ildən 9 avqust 1999-cu ilədək Rusiya Federal Təhlükəsizlik Xidmərinin direktoru olub.

O vaxtdan bəri Putin öz seçimindən əl çəkməyib və əmin edib ki, ona daha yüksək rütbə – marşal rütbəsi verilməsi perspektivi də yoxdur.

“Sizi əmin edirəm ki, bu, heç vaxt olmayacaq”, – dövlət başçısı vurğulayıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, dövlət başçısının rəsmi titullara ayıracaq vaxtı yoxdur: “O, prezident kimi işləyir və görəcəyi çox şey var”.

“O, karyera zabiti deyil, diqqətini başqa məsələlərə cəmləyir”, – deyə Peskov qeyd edib.

“Prezident yüksək hərbi titulu dəfələrlə qazanıb, lakin bu, onun üçün prioritet deyil”, – mətbuat katibi əlavə edib.

  •  (0)
  •  (0)