Hokm.az Ria24.az-a istinadən xəbər verir ki, bir qrup əlbir dəstə (içlərində hüquq mühafizə orqanlarında olduğu iddia olunur – red)
maşın almaq istəyən şəxsləri müxtəlif hədə – qorxu və qeyri qanuni üsullar ilə insanları aldadır.
Şəkildə gördüyünüz şəxsin adı Elvindir. Göründüyü və özünün də gizlətmədiyi kimi polis işləyir. Elvin, qardaşı kimi təqdim etdiyi Elnur və Nizami Rayon DYP-də İqrar (maşının nömrəsi 279 olmalıdır) adlı şəxslə əlbir olaraq, Bakıda müxtəlif insanlara hiylə quraraq onları şərləyir və şantajla təhdid edərək, hədə-qorxu ilə pullarını alırlar.
Beləki, bu adamlar, guya maşın satmaq adı ilə, müxtəlif vətəndaşlara müxtəlif markalı avtomobillərini təklif edirlər. Qiymətdə razılaşan kimi qabaqcdan pulun bir hissəsi alınır, maşını yoxlamaq bəhanəsilə alıcı maşına oturdulur və ona deyirlər ki, sürüb, maşını yoxlasın. Sürücü də təbii ki, heç bir etibarnamə filan olmadan, maşını yoxlamaq üçün sükan arxasına əyləşir. Bir iki metr sürən kimi, dərhal DYP müfəttişi İqrar adlı şəxs peyda olur, avtomobili saxlayır, heç bir sənəd filan da tələb etmədən, dərhal sürücünü basırlar patrul maşınına və Məştağaya (halbuki Neftçilərə Zığ daha yaxındır) həkim yoxlanışına aparırlar.
Orda hətta sürücünün gözü qarşısında, yoxlama aparan həkimə 50 manat verərək, həkimdən sürücü üçün, guya sidiyində narkotik olduğu barədə rəy alırlar.
Sürücü and içib, qan qussa da, təbii ki, xeyri olmur. Hətta “bəlkə də bilməmisən, yanında çəkiblər, sən də tüstüyə düşmüsən” deyib, özlərini yaxşı oğlan kimi də qələmə verirlər.
Nə isə, əsl konsert isə Nizami rayon Polis Şöbəsinin DYP Bölməsində başlayır. Burda İqrar haray qışqırıq salır ki, narkotik məsələsi var, şöbəyə aparacam, orda üstünüzdən hər şey çıxaracaqlar, 2000 verməlisiz. Elvin və Elnur qardaşları haray salır ki, bizim maşınımız sənə görə narkotiklə ilişdi, polisdə işləyirik, bunu belə qoymayacayıq, falan…
Qısası, bu haray həşirdə, atmosferə düşərək, tək qalan sürücü İqrara 2000- 3000 manat, maşın sahiblərinə isə verdiyi pulu “qurban” verərək,güclə canını şərdən, böhtandan qurtara bilir.
Əgər sürücü Elvingildən pulu tələb edərsə, artıq konsertin ikinci hisəsi başlayır.Beləki, pulu tələb edən sürücüyə yalandan müxtəlif polis idarələri və DİN-in “102” xidmətinin adından zənglər gəlir ki, guya sürücünün özünün barəsində kimsə şikayətçidir. Sürücü isə, başına bir dəfə gəldiyi üçün, təbii ki, ikinci dəfə də, o təhlükəyə düşməmək üçün puldan da, maşından da əl çəkməli olur.
Bunu paylaşın ki, heç olmasa gec də olsa, vətəndaşları belə dələduzlardan qorunmasına, diqqətli olmalarına nail olaq. Eyni zamanda bu şəxsin belə əməllərinin qurbanı olan kims varsa, heç çəkinmədən bizimlə əlaqə saxlasın. Axır bu xaraba sahibsiz deyil, lazımi orqanlara sözümüzü deyək, bunların cavablarını versinlər.
Onu da qeyd edirəm ki, yazdığım fakt iki nəfərin başına gəlmiş olaydır. Qurbanlarının sayının həddən artıq çox olduğunu isə istisna etmirəm. Paylaşın, yardımçı olun.