Peyvəndin yaradıcıları niyə özləri peyvənd olunmur? – Sən demə…backend

Peyvəndin yaradıcıları niyə özləri peyvənd olunmur? – Sən demə…

COVİD-19-a qarşı təsirli peyvənd istehsal edən Almaniyanın “BioNTech” şirkətinin qurucusu türkiyəli Uğur Şahin və həyat yoldaşı 17 aydan sonra peyvənd olunublar.

Hokm.az Metbuat.az-a istinadən  xəbər verir ki, professor Uğur Şahin niyə gec peyvənd olunduqları barədə suala aydınlıq gətirib. O bildirib ki, buna səbəb Almaniya qanunlarıdır. “Almaniya qanunlarına və şirkətin qaydalarına görə istehsal etdiyimiz peyvənddən indiyə qədər özümüz istifadə edə bilmirdik” deyən Uğur, şirkətin 200 əməkdaşınn da peyvənd olunduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, şirkət indiyə qədər 2 milyard doza peyvənd istehsal edib.

  •  (0)
  •  (0)