“Səhhətim yaxşıdır. Demək olar ki, hər şey qaydasındadır. Toylara da dəvət alıram”.
Hokm.az xəbər verir ki, bunu Unikal.org-a açıqlamasında xalq artisti Niyaməddin Musayev deyib.
Müğənni toylara getsə də, koronavirusdan qorunduğunu dilə gətirib: “Koronavirusu yaxın aylarda keçirdiyim üçün hələ ki, vaksin vurdurmamışam. Buna baxmayaraq, el şənliklərində iştirak edirəm”.