Peyvənd vurdurarkən spirtli içki və cinsi əlaqə qadağan ediləcək?-VACİB AÇIQLAMAbackend

Peyvənd vurdurarkən spirtli içki və cinsi əlaqə qadağan ediləcək?-VACİB AÇIQLAMA

Xəbər verdiyimiz kimi, yanvarın 15-dən onlarla ölkə koronavirus vaksinininəhaliyə tətbiqinə başlayacaq. Azərbaycana artıq Çin istehsalı vaksinlərin birinci partiyası gətirilib. Lakin bu vaxta qədər verilən məlumatlara görə, dərmanlar kimi vaksinin də riski, əks təsiri, şərtləri, qadağaları var.

Rusiyada covid 19 vaksini olunmuş insanlar təəssüratlarını və peyvənddən sonra nələr baş verdiyini bölüşüb.

Peyvənd olunan şəxs bir neçə suallara cavab verməlidir: xroniki xəstəliyi varmı, yaşı, koronavirusa yoluxubmu, antibiotik müalicə nə vaxt alıb, bu vaxta kimi hansı peyvəndlər olunub, spirtli içki içirmi və s. Eləcə də qadındırsa hamilə olub-olmaması, süd verməsi soruşulur.

Vaksin vurulacaq günə 2 gün qalmış spirtli içki, alkoqol içmək, cinsi əlaqədə olmaq kimi suallar da bu siyahıya daxil edilir.

Spirtli içki və cinsi əlaqədə olmaq vaksinin orqanizmində təsirini itirə bilərmi?

Bununla bağlı Sonxeber.az-a AHİB üzvü, dosent Ədalət Rüstəm danışıb:

“Spirtli içkidən həqiqətən 1 neçə gün imtina vacibdir. Çünki vaksini aktivsizləşdirə bilər. Cinsi əlaqənin dayandırılması haqda heç bir tədqiqat aparılmayıb. Əksinə, insanlar cinsi fəaliyyəti artırmalıdırlar ki, heç olmasa COVİD-dən ölənlərin yeri qismən doldurulsun. Hələ mən müharibə itkilərini demirəm. Bu məsələdə gənclərin üzərinə böyük tarixi missiya düşür”.

  •  (0)
  •  (0)