Peyvənd olunmayan vətəndaşlar 13 saylı poliklinikaya buraxılmır.
Hokm.az xəbər verir ki, Bu barədə Axar.az-a daxil olan məlumatda qeyd olunub. Bildirilir ki, poliklinikaya bununla bağlı göstəriş verilib.
Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Elvin Hacıyev saytımıza açıqlamasında nazirlik tərəfindən poliklinikalara belə bir göstərişin verilmədiyini bildirib.