Paytaxtın aparıcı proqramlaşdırma məktəbi olan – “Maestro School” 2022-ci ilin yekunlarına dair hesabatla çıxış edib. Məktəbin İctimaiyyətlə Əlaqələr Departamentindən verilən məlumata görə, bu ilin aprel ayında rəsmi açılışı olan məktəb bir çox yeniliklərə imza atıb.
Yeniyetmələr və uşaqlar, habelə böyüklər üçün proqramlaşdırma, robototexnika, mobil proqram tərtibatçısı, Uİ&UX Dizayn, VR/AR Tərtibatı, Bura Front – End, Back – End, SQL kimi müasir innovativ yenilikləri tədris edən məktəbin yetirmələri sentyabr ayında Türkiyənin İstanbul şəhərində keçirilən beynəlxalq təlimdə iştirak ediblər. Bu təlim olimpiadaya hazırlıq məqsədi daşıyıb. Noyabr ayında isə “Maestro School” uşaqlar və yeniyetmələr üçün peşəkar IT məktəbinin şagirdləri Rumıniyada təşkil olunan robottexnika üzrə uşaqlar arasında beynəlxalq olimpiadada iştirak ediblər. Buxarest şəhərində baş tutan olimpiadaya dünyanın müxtəlif ölkələrindən 800 iştirakçı qatılıb. Uşaqlar arasında keçirilən beynəlxalq robottexnika olimpiadasında Azərbaycanı “Maestro School”un dörd yetirməsi – Əli Matanov, Əziz Sultan, Yusif Ağayev, Tahsin Şaliyev və məktəbin iki müəllimi təmsil edib.
Bu qədər az heyətlə təmsil olunmasına baxmayaraq, “Maestro School”un yetirmələri yarımfinala çıxıblar. Bununla da həmyerlilərimiz 2024-ci cü ildə Yaponiyanın paytaxtı Tokio şəhərində keçiriləcək daha böyük miqyaslı beynəlxalq olimpiadaya vəsiqə qazanıblar. Digər ölkələr 50-100 arası heyətlə olimpiadaya qatılsalar da, dörd nəfərlik heyətlə Azərbaycan komandası bir ilkə imza atıb. Beynəlxalq İslam Olimpiadasında da iştiraka hazırlaşan “Maesttro Shcol” bu istiqamətdə hazırlıqları yekunlaşdırmaq üzrədir. Məktəbin peşəkar müəllim və şagird komandası gələn ay keçiriləcək bu beynəlxalq olimpiada da iştirak edəcək.
Böyüklər üçün də proqramlaşdırma kurslarına start verən “Maestro School” oktyabr ayından etibarən Bakı şəhər İcra Hakimiyyətinin dəstəyilə paytaxtın üç uşaq evində İT dəsrlərini ediredəcək. Bununla da valideyn himayəsindən məhrum olan uşaqlar informasiya texnologiyalarının incəlikləri barədə biliklər əldə edir, gələcəyin proqramçıları olaraq yetişdiriləcək. İnklüziv metodologiya üzrə tədrislə məşğul olan məktəb qızların da proqramlaşdırma sahəsində bilik və bacarıqlarının artırırlması istiqamətində kampaniyaya başlayıb. “Streotiplərdən azad olaq, qadınlarsız cəmiyyət yoxdur” devizi altında keçirilən aksiyaya böyük ictimai maraq var.
Xatırladaq ki, 6 yaşdan 16 yaşa qədər uşaqlar üçün proqramlaşdırma məktəbi olaraq fəaliyyətə başlayan “Maestro School” hazırda öz fəaliyyət sahəsini genişləndirir və Bakının aparıcı proqramlaşdırma məktəblərindən biridir. IT sahəsinə aid ən aktual biliklər, kompleks təlim proqramları, müəllimlər və effektiv tədris metodikası Maestro School-un əsas üstün cəhətlərini təşkil edir.
(+994)513002233
www.maestroschool.az