“Paşinyanın sərsəm bəyanatlarına həmsədrlər sərt təpki verməlidir” – Sona Əliyevabackend

“Paşinyanın sərsəm bəyanatlarına həmsədrlər sərt təpki verməlidir” – Sona Əliyeva

“Ermənistanın baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır” kimi sərsəm bəyanatlarına ATƏT-in Minsk qrupuna üzv olan dövlətlər, həmsədrlər sərt şəkildə təpki verməlidirlər. Qınamalıdırlar. Bu cür bəyanatlar sülh danışıqlarına çox ciddi zərbə vurur. Ermənistan başa düşməlidir ki, Azərbaycan torpaqlarını işğal edən tərəf kimi bütün məsuliyyət onların üzərindədir. Bu cür bəyanatlar Ermənistanı daha pis duruma sürükləyir”.

Bunu hafta.az-a açıqlamasında millət vəkili Sona Əliyeva deyib. Millət vəkili bildirib ki, Ermənistanın baş nazirinin Dağlıq Qarabağda separatçı rejimin nəzarəti altında yaşayan əhaliyə bu cür səslənməklə onların rəğbətini qazanmaq istəyir: “Hazırda Dağlıq Qarabağdakı separatçılarla Paşinyan hökuməti arasında böyük uçurum yaranıb. Separatçılar keçmiş hakimiyyətin tərəfdarlarıdır. Baş nazir indi separatçıların gözünə xoş görünmək üçün bu cür sərsəm bəyanatlar verir. Anlamır ki, bu cür bəyanatlarla beynəlxalq aləmdə təkcə Nikol Paşinyanın deyil, Ermənistanın da nüfuzu aşağı düşür. Erməni xalqı isə nə Paşinyanı, nə də hərbi rejimi dəstəkləyir. Onlara çörək, iş lazımdır. Yaxşı olardı ki, Paşinyan bu cür bəyanatlar səsləndirməkdənsə, küçə hərəkatı dövründə xalqa verdiyi vədləri yerinə yetirsin. Onsuz da işğalçı dövlət durmadan uçuruma sürüklənir. Daxili və xarici siyasətdə uğursuzluqlar bir-birini əvəzləyir. Qısa müddətə Paşinyan xalqa verdiyi sosial vədləri yerinə yetirməsə, ac camaata bu cür bəyanatlar da kar etməyəcək”.

  •  (0)
  •  (0)