Hüquq-mühafizə orqanları Ermənistanın keçmiş polis rəisi Valeri Osipyanı polis bölməsinə aparmağa cəhd ediblər.
Hokm.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Məlumata görə, keçmiş polis rəisini Ermənistanda keçirilən etiraz aksiyası zamanı saxlamağa cəhd ediblər. Lakin bunun qarşısı digər iştirakçılar tərəfindən alınıb.
Qeyd edək ki, Osipyan 2018-ci ildə Nikol Paşinyanın tərəfdarlarının etirazları zamanı özünü müxalifətlə əsas danışıqlar aparan şəxs kimi göstərmişdi. Məxməri inqilabdan dərhal sonra Osipyan Ermənistanda polis rəisi vəzifəsinə təyin edilib. Lakin o, bu vəzifədə cəmi bir il beş ay çalışıb. 2019-cu il sentyabrın 18-də Osipyan tutduğu vəzifədən azad edilib. Həmin gün o, baş nazirin baş müşaviri təyin edilsə də, tezliklə bu vəzifədən də çıxarılıb.