Ermənistanın baş naziri Nikol Paşinyanın oğlu Aşotun müharibədə mühasirədən çıxarılması üçün 40-dan çox qurban verilib.
Hokm.az Publika.az-a istindən xəbər verir ki, Ermənistan mediası 44 günlük müharibənin yeni detallarını açıqlamağa davam edirlər.
Bu detallardan biri də Paşinyanın oğlu ilə bağlıdır. Belə ki, 2020-ci ilin oktyabr ayının əvvəlində Aşotun döyüşlərdə iştirak etdiyi görüntüləri erməni ictimaiyyətinə təqdim edilməsi, baş nazirin oğlu da döyüşür təbliğatı aparılması qərarı verilib.
Bu təbliğat planı Paşinyanın arvadı Anna Akopyan tərəfindən hazırlanıb, icrası yüksək texnologiyalar naziri Akop Arşakyana tapşırılıb. Plana görə, Aşotun Cəbrayılda təhlükəsiz məsafədən döyüşlərə qatılması təşkil olunmalı, bunun kadrları çəkilməli imiş. İrəvandan xüsusi çəkiliş qrupu Cəbrayıla göndərilib, lakin Azərbaycan ordusunun Cəbrayılı azad etməsi planı alt-üst edir.
Daha sonra Aşotun “döyüş filminin” Zəngilan istiqamətində çəkilməsi qərarı verilir. Lakin ordumuzun sürətlə irəliləməsi Aşotun bir qrup hərbçi ilə mühasirəyə düşməsi ilə nəticələnir.
Onların mühasirədən çıxarılması üçün keçirilən əməliyyat zamanı 40-dan çox əsgər və zabit qurban verilir. Sonda Aşotu Gorusa apara bilirlər.