Ermənistan və Azərbaycan sərhədlərin demarkasiyası və delimitasiyası üzrə komissiyanın yaradılması haqqında sənəd imzalaya bilərlər.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan onlayn mətbuat konfransı zamanı deyib.
“Suallardan belə başa düşürəm ki, demarkasiya və delimitasiyanın nəticələrinə dair sənədin imzalandığı təəssüratları yaranıb. Belə bir şey yoxdur. İmzalana biləcək yeganə sənəd o olacaq ki, Ermənistan və Azərbaycan demarkasiya və delimitasiya üzrə komissiya yaradacaqlar”, – Paşinyan deyib.
O əlavə edib ki, Ermənistan ərazisində Azərbaycan anklavlarının mövcudluğu hüquqi baxımdan nəzərdən keçirilir:
“Bizim mövqeyimiz belədir. Anklavın sadəcə xəritədəki rəsm və ya qanuni olaraq yaradılmış ərazi olub olmadığını başa düşmək lazımdır. Kolxozların ərazi mübadiləsi halları bizə məlumdur. Bu cür mübadilələrin hüquqi əsası varmı? Biz bu məsələni ciddi şəkildə öyrənmişik və araşdırmaqda davam edirik”./Publika.az