Paşinyan rusları biabır etdi : Rusiyanın bizə satdığı qırıcıların sursatı yox idibackend

Paşinyan rusları biabır etdi : Rusiyanın bizə satdığı qırıcıların sursatı yox idi

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, ikinci Qarabağ müharibəsindən əvvəl Rusiyadan alınmış “Su-30CM” qırıcı təyyarələri döyüş sursatına malik olmayıb.

Bu barədə Hokm.az “Report”a istinadən xəbər verir. Qeyd edilir ki, baş nazir bununla keçmiş baş hərbi müfəttiş, general-polkovnik Movses Akopyanın Ermənistan Rusiyadan döyüş sursatları olmayan “Su-30SM” təyyarələri alması barədə açıqlamasını təsdiqləyib.

“Bizi ittiham edirlər, soruşurlar ki, niyə təyyarələr aldıq? Bəli, biz təyyarələri aldıq, bəli, müharibəyə qədər raketləri almağa müvəffəq olmadıq. Yaxşı, təyyarələri siz (əvvəlki hakimiyyət-red) alardınız və biz də raketləri alardıq”, – Paşinyan deyib. Xatırladaq ki, ikinci Qarabağ müharibəsindən sonra istefaya gedən Movses Akopyan hələ 19 noyabr 2020-ci ildə keçirilən mətbuat konfransında bildirib ki, Paşinyan silahlanma planını dəyişdirib.

“Su-30SM” qırıcı təyyarələri aldılar. “Su” təyyarələri bizə lazım deyildi. Bu təyyarələr burada sursatlarsız qalıb. Rusiyanın hökumətin qərarına əsasən, həmin qırıcıların döyüş sursatlarının ikinci ölkəyə satışı qadağandır”, – Akopyan deyib. Lakin elə həmin gün Ermənistanın Müdafiə Nazirliyi təkziblə çıxış edib.

Nazirlik iddia edib ki, Akopyanın bəyanatları nəinki həqiqətə uyğun deyil, həm də dövlət sirridir. Nazirlik “Su-30SM” təyyarələrinin döyüş sursatlarına malik olmaması barədə iddiaları yalan adlandırıb. Lakin Nikol Paşinyanın dünənki açıqlaması generalın haqlı olduğunu üzə çıxarıb.

  •  (3)
  •  (1)