“Paşinyan qadınları itələyib zirzəmiyə qaçdı” – erməni didişməsində yeni səhnəbackend

“Paşinyan qadınları itələyib zirzəmiyə qaçdı” – erməni didişməsində yeni səhnə

“Sizə indiyədək açıqlamadığım, bəhs etmədiyim əhvalatı yazacağam”.

Rusiyanın mediamaqnatlarından biri, “NewsMedia” mediaholdinqin sahibi erməni Aram Qabrelyanov bu gün sosial şəbəkələrdəki profillərində Ermənistanın baş naziri Nikol Paşinyanın üzləşdiyini iddia etdiyi olaydan yazıb.

A.Qabrelyanovun yazısını cüzi ixtisarlarla təqdim edirik:

“Nikol Paşinyanın şəxsi mühafizəsindəki mənbə xəyanətkarın açıqlanmasından qorxduğu əhvalatdan bəhs edib.

Ötən ilin oktyabrında Paşinyan özünü Ali Baş Komandan kimi qələmə verməyə çalşıb. Sünikdəki dövlət qurumlarından birinin binasında iclas təşkil etdi. Pafosla çıxış etməyə başladı, Sünik vilayətinin müdafiəsinin necə təşkil edilməsinin gərəkdiyindən danışdı. Hər şey həmişəki kimi idi – çoxlu mənasız emosiyalar və özünütəriflər. Lakin bu zaman səmada PUA səsi gəldi. Həddən ziyadə qorxan Nikol vahiməyə düşdü, titrəməyə başladı. “Burada zirzəmi haradadır?” – Nikol bağırdı. Sonra isə qarşısındakı kişiləri və qadınları kənara itələyərək sığınacağa doğru qaçmağa başladı. Mühafizəçilər ona zorla çatırdı. Sığınacaqda bir küncə qısılan Nikol elə hey “Xilas edin, yardım edin!” deyirdi.

Mühafizəçilər ona utanaraq, iyrənərək baxırdılar. Beş dəqiqə sonra PUA-nın səsi kəsildi, amma Nikol mühafizə xidmətinin əməkdaşlarına bağırırdı: “Aviasiya çağırın, qoy, səmanı yoxlasınlar!” Yalnız saat yarımdan sonra ölüncə qorxmuş, xof təri basmış Nikolu az qala sürüyərək zirzəmidən çıxardılar, maşına oturtdular, ətrafına çoxlu zirehli jiletlər qoyaraq İrəvana qayıtdılar”.

… Aram Aşotoviç Qarbelyanov 2-ci Qarabağ Müharibəsi başa çatandan və Ermənistan kapitulyasiya edəndən bəri sosial şəbəkələrdə fasiləsiz olaraq N.Paşinyanı aşağılayır, söyür, onu “xəyanətkar” və “alçaq, şərəfsiz” adlandırır.

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın böyük siyasətə qayıdışına çalışan və Köçəryanı yeni baş nazir görmək istəyən Qabrelyanov açıq şəkildə yazır: “Ermənistanın və ermənilərin nicatı Köçəryandır. Onun Rusiya prezidenti Vladimir Putinlə yaxşı münasibətləri var. O, Qarabağda yeni müharibəyə başlayaraq qalib gələ bilər”.

Moskvadakı erməni diasporunun “tanınmış” simasızlarından olan A.Qabrelyanov erməni xalqının maraqlarından və mənafeyindən danışmağı çox sevsə də, əslinqdə indi Ermənistanla ermənilər üçün təhlükə mənbəyinə çevrilib.

Sürəkli olaraq “revanş”dan, “qisas”dan bəhs edən A.Qabrelyanov Ermənistanın məhvi ilə bitəcək yeni savaşa erməniləri çağırmaqla yanaşı, yaşadığı Rusiyanın Qarabağdakı sülhməramlı missiyasını puça çıxarmağa cəhd göstərir.

Aram Qabrelyanovun fəaliyyəti isə erməni diasporu ilə Ermənistan rəhbərliyi arasındakı didişmədə yeni səhnədir.milli.az

  •  (0)
  •  (0)