Paşinyan ETİRAF ETDİ: Bir yolumuz var. O da…backend

Paşinyan ETİRAF ETDİ: Bir yolumuz var. O da…

“Ermənistan regional kommunikasiyaların açılmasında son dərəcə maraqlıdır. Ermənistanın 25 ildən çoxdur qaldığı blokadadan çıxmasını bunda görürük”.

Hokm.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Baş nazirinin müavini Aleksey Overçukla görüşü zamanı deyib.

O bildirib kİ, Ermənistanın blokadadan çıxmasının yolu regional kommunikasiyaların açılmasından keçir və bu istiqamətdə konkret qərarların qəbul ediləcəyinə ümidvardır.

N.Paşinyan, həmçinin Azərbaycan, Rusiya və Ermənistan baş nazir müavinlərinin üçtərəfli qrupunun işinə toxunaraq Ermənistan üçün Rusiya ilə dəmiryol əlaqəsinin əldə olunmasının vacibliyini bildirib.Publika.az

  •  (0)
  •  (0)