Paşinyan Azərbaycanda cinayət törətdi – Zakir Qaralovun onun haqda həbs qərarı gözlənilir – QANUNbackend

Paşinyan Azərbaycanda cinayət törətdi – Zakir Qaralovun onun haqda həbs qərarı gözlənilir – QANUN

Ermənistanın çiçəyi burnunda baş naziri Paşinyan 8 may günü başının dəstəsi ilə (bir qrup şəxslə) Azərbaycan dövlət sərhəddini pozaraq qanunla müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçməklə ölkəyə daxil olub, Şuşaya gəlib və üstəlik Azərbaycanı (oxu- Azərbaycan hökumətini) qorxaq adlandırıb.  Bu şəxs o addımı atmaqla birbaşa cinayət törədib.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə:
Maddə 318. Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə
318.1. Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə—
min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
318.2. Bu Məcəllənin 318.1-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə törədildikdə—
beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralovun bununla bağlı müvafiq göstəriş verməsi gözlənilir.
Əziz Əlibəyli /Faktor.az
  •  (1)
  •  (1)