Dekabrın 12-də xalqımızın Ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin vəfatının 21-ci ildönümüdür. Bu münasibətlə dövlət rəsmiləri, ictimaiyyət nümayəndələri Fəxri xiyabanda Ulu öndərin məzarını ziyarət edib, xatirəsini ehtiramla anıblar.
Hokm.az-ın məlumatına görə, Milli Məclisin deputatları da Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.
Parlamentin Gənclər və İdman Komitəsinin sədri və üzvləri Ulu öndərin məzarüstü abidəsinin önünə gül dəstələri qoyub, əbədiyaşar liderimizin ruhu qarşısında baş əyib, əziz xatirəsi dərin ehtiramla yad ediblər.