“Parlament necə lazımdır, işləyəcək”backend

“Parlament necə lazımdır, işləyəcək”

Gürcüstanın hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyası ötən gün keçirilən parlament seçkilərindən sonra 150 yerdən 89-nu qazanıb.

“Hokm.az” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı brifinqdə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili açıqlayıb.

Onun sözlərinə görə, müxalifət öz seçici siyahılarından imtina edəcəyini deyərək yalan danışır: “Gürcüstan parlamenti 2020-ci ildə olduğu kimi toplanacaq, səlahiyyətlərini tanıyacaq, necə lazımdır, işləməyə davam edəcək”.

Xatırladaq ki, dünən Gürcüstanda parlament seçkiləri keçirilib. Ölkənin Mərkəzi Seçki Komissiyasının ən son məlumatına görə, hakim “Gürcü arzusu” partiyası 54,08 faiz səslə qalib gəlib. Gürcüstan Prezidenti Salome Zurabişvili seçkilərin nəticələrini tanımadığını bəyan edib.

Onu da qeyd edək ki, qalan yerlər müxalif partiyalar arasında bölüşdürüləcək. Belə ki, “Dəyişikliklər naminə Koalisiya” bloku 18, “Birlik – Milli Hərəkat” partiya koalisiyası 17, “Güclü Gürcüstan” 14, “Gürcüstan üçün Qaxariya” partiyası 12 yer tutacaq.

 

  •  (0)
  •  (0)