Özbəkistanda seçkilər başa çatdıbackend

Özbəkistanda seçkilər başa çatdı

Özbəkistan parlamentinin qanunvericilik palatasına deputatların seçkiləri üzrə seçki məntəqələri yerli vaxtla saat 20:00-da ölkə ərazisində bağlanıb.

“Hokm.az” xəbər verir ki, bu barədə Özbəkistan Mərkəzi Seçki Komissiyasının mətbuat xidməti məlumat verib.“Daşkənd vaxtı ilə saat 20:00-da ölkə üzrə bütün 10 971 seçki məntəqəsi bağlanıb” – mətbuat xidmətinin nümayəndəsi bildirib.Bundan əvvəl bildirilib ki, bu parlament seçkiləri zamanı ümumilikdə 11 028 yerli seçki məntəqəsi, o cümlədən respublikanın xaricdəki diplomatik nümayəndəliklərində 57 məntəqə açılıb.Saat 17:00-a olan məlumata görə, seçkilərdə 14 264 994 seçici və ya 71,52% səs verib. Bunu mətbuat mərkəzində keçirdiyi brifinqdə Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədr müavini Baxrom Kuçkarov deyib.

 

  •  (0)
  •  (0)