“Oyanmaq lazımdır, Azərbaycan Zəngəzuru fəth etməklə təhdid edir” – “Yerkrapah” sədri təşvişdəbackend

“Oyanmaq lazımdır, Azərbaycan Zəngəzuru fəth etməklə təhdid edir” – “Yerkrapah” sədri təşvişdə

Ermənistanın “Yerkrapah” hərbi təşkilatının idarə heyətinin sədri, Ermənistan parlamentinin deputatı Sasun Mikayelyan bəyanatla çıxış edib.

 

Hokm.az Ordu.az-a istinadən xəbər vetrir ki, bəyanatda qeyd olunub ki, oyanmaq lazımdır, rəqib ölkənin rəhbəri artıq Zəngəzuru fəth etməklə təhdid edir.

“Ermənistan dövləti üçün bu həlledici vəziyyətdə bütün dövlət strukturlarının və orqanlarının möhkəmləndirilməsi zərurətdir, qeyri-sabitliyin davam etdirilməsi bağışlanmazdır. Hakimiyyət hazırda ölkədə yaranmış vəziyyətdən çıxmaq üçün bir an öncə tam praktik bir proqram təqdim etsin”, – deyə bəyanatda bildirilib.

  •  (1)
  •  (0)