“Öskürəndə itlərin və suitilərin səslərinə bənzər səslər çıxırsa…” – Uşaqlarda “Omikron”a yoluxmanın əlamətləribackend

“Öskürəndə itlərin və suitilərin səslərinə bənzər səslər çıxırsa…” – Uşaqlarda “Omikron”a yoluxmanın əlamətləri

“Omikron” ştamının digər mutasiyalara nisbətən daha təhlükəsiz olduğu elmi cəhətdən sübut edilib. Xüsusilə vaksin olunan şəxslər bu xəstəliyi yüngül keçirirlər.
Hokm.az xəbər verir ki, mütəxəssislərin rəyinə görə, uşaqlar peyvənd olunmadığı üçün “Omikron”a yoluxa və xəstəliyi ağır keçirə bilər.
Uşaq yoluxucu xəstəlikləri üzrə mütəxəssis Andryu Pavia “Omikron”un uşaqlarda ağciyərlərdən daha çox yuxarı tənəffüs yollarına hücum etdiyini deyib:

 

“Koronavirusa yoluxan və xəstəxanaya gələn uşaqların əksəriyyəti xüsusi öskürəklə səhiyyə müəssisələrinə müraciət edir. Həkimlər bildirirlər ki, bu xırıltılı öskürək zil səsə bənzəyir. Uşaqların burun keçidləri kiçik olduğu üçün tıxanma daha tez-tez yaşanır. Belə xəstəliklərdə iltihablı tənəffüs yolları qıcıqlanmaya səbəb olur, uşaqlar isə öskürək zamanı itlərin və ya suitilərin çıxardığı səslərə bənzər səslər çıxara bilirlər. “Omikron” əvvəlki variantlardan fərqli olaraq, ağciyərlərin əvəzinə yuxarı tənəffüs yollarında yerləşdiyindən və orada iltihaba səbəb olduğundan, uşaqlarda öskürək zaman keçdikcə pisləşə bilir, düzgün nəfəs almaq üçün imkan olmur. Əgər övladınız evə boğaz ağrısı ilə gəlirsə, baş ağrılarından şikayətlənirsə və ya nəfəs almaqda problemlər yaranırsa, bunun səbəbi koronavirus ola bilər. Uşaqlarda “Omikron”u  göstərən simptomlar xüsusilə təqib edilməli və əmin olmaq üçün test verilməlidir”.Sfera.az
  •  (0)
  •  (0)