Səlçuk Bayraktarın rəhbərliyi altında “Baykar” firması tərəfindən yerli və milli imkanlarla hazırlanan “Akıncı” hücum tipli pilotsuz uçuş aparatı üçün günlər sayılmağa başlandı.
Hokm.az xəbər verir ki, “Akıncı” bu il ərzində Silahlı Qüvvələrə təhvil veriləcək.
Dünyada sadəcə 4 ölkənin istehsal edə bildiyi xüsusiyyətlərə sahib 5,5 tonluq nəhəng pilotsuz uçuş aparatı 40 min fut hündürlüyə qədər qalxaraq havada 24 saat qala bilir.
Sınaqları 2018-ci ildə başlanan ikimotorlu “Akıncı” bütün testlərdən uğurla keçib.
“F-16” qırıcılarının daşıdığı bütün sursatları daşıya bilən və havada radioalakasiya edə bilən aparatın qanad genişliyi 20 metrdir. PUA 900 kiloya qədər faydalı yükdaşıma potenialına malikdir.
Daşıdığı elektron dəstək podu, peyk vasitəsilə əlaqə sistemi, əngəllərin müəyyənləşdirilməsi radarı ilə birlikdə xidmət göstərəcək. Özünəməxsus süni intellekt sistemi sayəsində daha ağıllı və ətraf mühit şərtlərinə uyğun olacaq.publika