Ordu məhv oldu, özümüz kölə… – Manukyan çağırış etdibackend

Ordu məhv oldu, özümüz kölə… – Manukyan çağırış etdi

Ermənistanın keçmiş baş naziri, Vətənin Xilası Hərəkatının liderlərindən biri olan Vazgen Manukyan xalqa müraciət edib.

Hokm.az xəbər verir ki, o, əhalini sabah 15:00-da İrəvandakı Azadlıq meydanında toplanmağa səsləyib.

Süniklə bağlı hökumətin gizli razılaşmalarının olduğunu bildirən Manukyan əhalini buna etiraz etməyə çağırıb:

“Zaman keçəcək və 9 noyabr gecəsi kimi biz bir gün oyancağıq və biləcəyik ki, Sünik artıq bizdə deyil”.

Ermənistanın 9 noyabrda kapitulyasiyaya imza atdığını deyən Manukyan 5000 mindən çox əsgər itirdiklərini, yaralıların sayının isə 10000-dən çox olduğunu bildirib:

“Bizim artıq ordumuz yoxdur. Ondan qalanlar hər gün sübut edir ki, o, artıq mövcud deyil”.

Manukyan müraciəti zamanı gələcək nəsillərin indiki nəsli lənətləyəcəyini bildirib:

“Biz hələ Ermənistan adlanan bu ərazidə insanların kölələşdirilmiş hissəsini saxlayacağıq, qalanlarımız isə bütün dünyaya səpələnib sərgərdan olacağıq”. Axar.az

  •  (0)
  •  (0)