Yazıçı-müğənni Aygül Ağayeva sabiq deputat Hüseynbala Mirələmovla bağlı sosial şəbəkədə paylaşım edib.
Hokm.az-ın xəbərinə görə, A.Ağayeva yazıb:
“Hüseynbala Mirələmovu AzTV-də işlədiyim vaxtlardan tanıyıram, onda Qaz emalı zavodunda müdir vəzifəsini daşıyırdı. İşə stajor olaraq bir qız gəlirdi, bir gün eşitdik ki, bu qızı təhsil aldığı pedaqoji universitetdən xaric edirlər. Təhsil haqqını dəfələrlə xəbərdarlıq edildiyinə baxmayaraq, ödəyə bilməyib. Çox yaxşı xatırlayıram, qızın anası Zərdabdan gəlib Şəhidlər xiyabanında daşın üstündə oturub ağladı. Dedi başsız qadınam, heç kim mənə borc vermədi, bircə qızımı oxuda bilmirəm, mən nə anayam, mənə ölüm yaraşır. Mən çox pis olmuşdum. Həmin gün təsadüf çəkiliş vardı, həmin bu Hüseyn müəllimi çəkməli idim. Getdim, çəkiliş sonrası əhvalatı buna danışdım. Adam qadını qəbul elədi, o qızın iki illik təhsil haqqını birdən ödədi. Həmin xanım indi çox tanınmış tv aparıcısıdı. Ola onun vicdanı yatıb, səsin çıxartmır, amma mənim yaxşı yadımdadı.
Hüseyn müəllimin əminəm ki, yüzlərlə belə yaxşılığı keçib çoxuna. Həmişə vətəninə, dövlətinə, vətəndaşına layiqli xidmət edib. Bunu heç kim inkar edə bilməz”.konkret.az