7 məcburi köçkün dairəsində bələdiyyə seçkiləri keçirilməyəcək.
“Hokm.az” xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov komissiyanın bu gün keçirilən iclasında məlumat verib.
“Biz 118 seçki dairəsi üzrə 685 bələdiyyəyə seçkilər keçirəcəyik. 125 dairədən 7-si tam məcburi köçkün seçicilərdən ibarətdir. Onlar bu gün proseslərdə iştirak etmir. Heç şübhəmiz yoxdur ki, növbəti bələdiyyə seçkilərində onlar da öz bölgələrində səs verəcəklər”, -sədr bildirib.