Koronavirusun “Omikron” ştamına ümumilikdə 57 ölkədə rast gəlinir.
Hokm.az xəbər verir ki, bu barədə çərşənbə günü Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
ÜST-ün həftəlik epidemioloji bülletenində qeyd olunur ki, 7 dekabr 2021-ci il tarixinə 57 ölkədə “omikron” ştamı aşkarlanması təsdiqlənib.
Mütəxəssislər diqqəti hazırda Afrikanın cənubundakı ölkələrdə koronavirusa yoluxma hallarının sayının sürətlə artmasına yönəldiblər. Onlara bu artımın səbəbləri hələ məlum olmasa da, hesab edirlər ki, bu bölgədə “omikron”un yayılması, eləcə də bu ştamın ÜST tərəfindən bir ştam kimi təsnif edilməsindən sonra əhali arasında COVID-19 testindən keçmə halları da artıb. Bu, yaranmış narahatlıqla əlaqədardır.