“Omikron”dan sonra insult, infarkt riski çoxdur, yaddaş, beyin funksiyaları zəifləyir- VİRUSOLOQbackend

“Omikron”dan sonra insult, infarkt riski çoxdur, yaddaş, beyin funksiyaları zəifləyir- VİRUSOLOQ

ABŞ Meyson Universitetinin professoru Ança Baranova yaz və yayda pandemiyanın gedişatı barədə açıqlama verib.

Hokm.az xəbər verir ki, o, Omikronun yüngül keçməsi barədə fikirləri illüziya adlandırıb.

“Omikron qrip kimi yüngül keçir, pandemiya zəifləyir fikirlərinə görə mən illüziyaya qapılmaq istəməzdim. Hələ də cəmiyyətdə Delta var, hələ də hospitallar doludur, hələ də koviddən ölüm sayı yüksəkdir. Yüngül gedişat uşaqlarda və çox gənc insanlarda olur. Hələ həkimlərin əlində elə bir ciddi dəlil yoxdur ki, Omikrona yoluxan insan xəstəliyi yüngül keçirir, ölmür və ya post kovid sindromu olmur. İnsanlar real olaraq Omikrondan sonra da aylarla özlərini pis hiss edirlər, çox sistem xəstəlikləri baş qaldırır.

Omikron yuxarı tənəffüs yollarında çox qalır, orda yayılır, ağciyərləri az zədələyir, amma bu o demək deyil ki, o qan damar sistemi və sinir sistemi, beyini zədələmir.

Yenə də xəstəlikdən sonra insult, infarkt riski çoxdur, yaddaş, beyin funksiyaları zəifləyir. Fikrimcə, Omikron barədə arxayınlaşmaq və Omikronun özünü guya belə zəif göstərməsi tələdir. Və bu tələyə çox insanlar, hətta səhiyyə sistemi düşdü.

İnsanlar pandemiyadan yorulub, onları başqa problemlər daha çox narahat edir. Dövlətlər məcbur olaraq pandemiya qadağalarını yumşaltmalı və bunu qəbul edib yanaşı yaşamağı seçməlidir. Amma bu o demək deyil ki, buna görə Omikronun yüngül virus olduğunu səbəb gətirməliyik. Bu illüziyadır. Özümüzü aldatmağa dəyməz. Əksinə bu ziyanımızadır. Hər halda virus insandan daha ağıllıdır.

Hazırda bütün dünyada kovid statistikası, rəqəmlər əhəmiyyətini itirib. Çünki peyvənd olunub yoluxanlar var ki, sistemə düşməyiblər. Evlərdə ekspress test edib, xəstəliyini gizlədənlər var. Statistika hər gün elan olunur, lakin o dəqiq deyil və artıq mənası yoxdur. Hər şey bir birinə qarışıb. Hətta insan var ki, 3 ayda 2 dəfə virusa yoluxub

Biologiyada belə bir  qanun yoxdur ki, mütləq pandemiya 3 il, 5 il davam etməlidir. Həmçinin sonuncu dalğa olmalıdır. Heç kim bilmir sonuncu dalğa hansıdır. Biz arzu edirik ki, Omikron sonuncu dalğa olsun. Amma 5 ilə gedəcəyəmiz yolu da 3 ilə başa vurmağa çalışmamalıyıq. Səs-küylü bəyanatlara ehtiyac yoxdur.

Mən deyə bilərəm ki, Omikron dalğasından sonra yaya doğru uzun müddətli böyük sakitçilik dövrü olacaq. Bu, virusun özünəməxsusluğudur. O dalğa kimi geri çəkilə bilər. Hamımız əl-ələ verib Omikrona yoluxacağıq və 4-6 ay qorunma müddəti qazanacağıq.

Amma təbiətdə bu virusun rezervuarı var, o heyvanlarda mutasiyaya uğrayıb yenidən insana keçə bilər. Kovid endemik olacaq, amma harda ağırlaşıb, harda yüngülləşəcəyini biz bilmirik”. Redaktor.az

  •  (0)
  •  (1)