Koronavirusun “omikron” ştamı heç vaxt COVID-19-a yoluxmamış və peyvənd olunmamış insanlar üçün daha çox təhlükəlidir.
Hokm.az Redaktor.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı virusoloq Pavel Volçkov bildirib.
Onun sözlərinə görə, koronavirusdan sağalan və peyvənd olunan insanlar xəstəliyi yüngül keçirəcək.
Mütəxəssis bunu koronavirusu “tanıyan” orqanizmin immun sisteminin möhkəm olması ilə əlaqələndirib.
SARS-CoV-2 ştamı noyabrda Botsvana və Cənubi Afrikada aşkar edilib. Variant B.1.1.529 Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən “omikron” etiketinə malikdir və narahatlıq doğuran ştam kimi səciyyələndirilir.
Rusiyada indiyədək “omikron” ştamına 25 yoluxma qeydə alınıb.