“SARS-CoV-2 virusunun növbəti mutasiyaya uğramış “Omikron” ştamının ölkəmizdə tapılması təəccüb doğurmamalıdır. Pandemiya şəraitində onun ölkəmizdə olmaması qəribə olardı. Biz qloballaşan dünyada yaşayırıq. Əhalinin miqrasiyası davam edir, turist və digər şəkildə”.
Bu sözləri Hokm.az-a professor Adil Qeybulladeyib. Həkim bildirib ki, artıq yeni ştam dünyanın 63 ölkəsində yayılıb:
“Bu ştam nə qədər yoluxucu olsa da, prosesin getdikcə yavaşlaması və tədricən azalması müşahidə edilir. Ümumdünya Səhiyyə Təşkilatının mötəbər xəstəliklərlə izolyasiya və profilaktika mərkəzlərinin rəyinə əsasən bu nəticəyə gəlmişəm.
İstənilən halda virusun əhali arasında daha az yayılması üçün lazımi karantin tədbirlərinə start verilməlidir və Operativ Qərargah maarifləndirmə işləri aparmalıdır. Eyni zamanda vaksinasiya intensivləşdirilməlidir ki, biz mümkün qədər bu ştama yoluxmayaq və az itkilərlə çıxaq.
Qoruyucu qaydalara ciddi əməl etmək, yaşlı və xəstə insanların, uşaqların, hamilə qadınların qrip virusuna qarşı da peyvənd olunması mövsümi respirator infeksiyaların, onlardan baş verə biləcək ağırlaşmaların azalmasına gətirib çıxara bilər”.