İtaliyada COVID-19 virusunun “Omicron” ştamının yeni mutasiyası aşkar edilib.
Hokm.az Sfera.az-a istinadən xəbər verir ki, koronavirusun “Omicron” ştamının “Xj” adlı yeni variantı Kalabriya əyalətinin səhiyyə orqanlarının laboratoriyasında aşkarlanıb və İtaliya Ali Səhiyyə İnstitutu (ISS) tərəfindən təsdiq olunub.
“Xj” variantı “Omicron”un alt-variantları “BA.1” və “BA.2”nin rekombinasiyasıdır və onun yoluxuculuq dərəcəsinin artmasına səbəb olduğu bildirilir.