Bir müddət öncə Mərkəzi Klinik Xəstəxanadan evə buraxılan Xalq artisti Arif Babayevin səhhəti yaxşılaşır.
Bu barədə Lent.az-a muğam ifaçısının oğlu bildirib.
O qeyd edib ki, atasının səhhətində irəliləyişlər var:
“Şükürlər olsun ki, həkimlərin yazdığı müalicələr Arif bəyə xeyir etdi. Vəziyyəti günü-gündən yaxşılaşır. Xəstəxanadan gələndən ev şəraitində müalicə olunur. Səhhətində müsbət irəliləyiş hiss edilir”.
Qeyd edək ki, A.Babayev ötən il insult keçirib. O, bir müddət öncə Türkiyədə müalicə olunurdu.