“Oğlumu qaytarın, onu siz öldürmüsünüz” – İtkin əsgər anaları Yerevanda yolları bağladıbackend

“Oğlumu qaytarın, onu siz öldürmüsünüz” – İtkin əsgər anaları Yerevanda yolları bağladı

Erməni analar itkin düşmüş övladlarının geri qaytarılmasını tələb edir.
Hokm.az-ın Sfera.az-a istinadən məlumatına görə, itkin düşmüş erməni hərbçilərinin doğmaları və qohumları yenidən Yerevanda etiraz aksiyası keçiriblər. Etirazçllar əvvəlcə Müdafiə Nazirliyinin, bundan sonra isə Rusiyanın Ermənistandakı səfirliyinin binası qarşısına toplaşıblar. Onlar hakimiyyət orqanlarının fəaliyyətsizliyi ilə əlaqədar etirazlarını bildiriblər və bir daha itkin düşmüş oğullarının tapılıb özlərinə qaytarılmasını tələb ediblər.
Sosial şəbəkələrdə sözügedən etiraz aksiyasından video reportaj paylaşılıb. Mitinq iştirakçılarından biri jurnalistlərə bildirib ki, oğullarından biri həlak olub, digəri isə itkin düşüb. Amma döyüş meydanından qaçan zabitlər hansısa xidmətlərinə görə milli qəhrəman adı alıb. “Mən tələb edirəm, qoy istədiklərini etsinlər, amma bizim övladlarımızı özümüzə qaytarsınlar. Bu gün heç bir valideyn övladını Qarabağa yollamaq istəmir, çünki Ermənistan ordusundakıların hamısı xəyanətkardırlar”,- deyə erməni ata bildirib.
 Etirazçılar Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinə yazılı müraciət ünvanlayıblar. Amma məktubu poçt qutusuna atmaqdan qəti surətdə imtina ediblər. Tələb ediblər ki, səfirlik əməkdaşlarından biri çıxıb məktubu onlardan götürsün. Səfirlik  isə buna razı olmayıb.
Sözügedən məktubda itkin düşən 40 hərbçinin adının olduğunu söyləyən itkin düşmüş hərbçilərdən birinin anası bildirib: “Biz bu məktubu Rusiya səfirinə çatdırmaq istəyirik. Qoy məktubumuzu şəxsən özü qəbul etsin”.
Hakimiyyətdən oğlunu istəyən başqa bir ana isə belə fəryad edib: “Hara gedək, hansı qapını döyək? Kimdən kömək istəyək? Bu qədər vaxt keçib, amma heç bir nəticə yoxdur. Hakimiyyət övladlarımızı qaytarmaq iqtidarında deyilsə, niyə istefa vermir?
Rusiya səfirliyinin biganəliyi ilə üzləşən etirazşıçılar məktubu cırıb atmaq qərarına gəliblər. Əsgər analarından biri məktubu cıraraq deyib ki, bu ölkəyə tüpürürük, artıq burda yaşamaqdan iyrənirik. 112 gün keçsə də, övladlarımızdan heç bir soraq ala bilmirik.
İtkin düşmüş əsgər və zabitlərin valideynləri Ermənistanın hökumət binası qarşısında da etiraz aksiyası keçiriblər. Bu dəfə onlar aksiyaya itkin düşən hərbçilərin övladlarını da gətiriblər. Hər bir körpənin əlində “Atamı qaytarın!” şüarlı plakat olub
Etirazçı ana: “Nəvələrim atalarını görmək istəyir. Elə təəssürat yaranır ki, hakimiyyət bizi vecinə almır. Qoy bütün dünya görsün. Bizə yazıqları gəlsin və ataları övladlarına qaytarsınlar”.
Etirazçı ata: “Bilirik ki, bu müharibədə qalib tərəf Azərbaycandır və şərtləri də məhz Azərbaycan diqtə edir. Amma həlli mümkün olmayan məsələlər yoxdur. Bizim övladlarımızın məsələsini də həll etmək olar. Sadəcə, bu işi görə biləcək adamı tapmaq lazımdır. Övladlarımızı qaytaran şəxsin qarşısında diz çökməyə hazıram”.
Etirazçı ata: “Onlar övladlarımızı qaytarmaq üçün heç nə etmirlər. Yalnız boş vədlər verirlər. Bu gün bura toplaşan valideynlər övladlarının həsrətilə yaşayır. Bizimçün çox ağırdır”.
Oğlunun itkisi ilə barışa bilməyən erməni ana: “Oğlumu özümə qaytarın! Onu siz öldürmüsüz! Öldürmüsüz! Sizi bura kim yığıb? Niyə oğlumun yerini demirsiniz? İstəyirəm siz də mənim kimi əzab çəkəsiniz!”
İtkin düşmüş əsgər və zabitlərin doğmaları İrəvanın mərkəzi küçəsini bağlayıblar. Onlar etiraz aksiyasını dağıtmağa çalışan polislərə müqavimət göstəriblər. Polis nəfərləri təxliyə maşınının köməyilə etirazçılardan birinin avtomobilini küçədən aparmağa çalışsa da, etirazçılar buna imkan verməyərək ancaq övladlarını geri alandan sonra yolu açacaqlarını bəyan ediblər.
Etirazçı ata: “Qoy bütün dünyadan kömək istəsinlər, amma övladlarımızı özümüzə qaytarsınlar. Qərargah rəisi Qasparyan indi hardadır? Ona deyin, bura gəlsin, bütün komandirlər bura gəib övladlarımızı özümüzə qaytarsınlar! Bizə başqa heç nə gərək deyil! Komandirlərdən heç biri bizim övladlarımızı xilas etmək üçün heç bir iş görməyiblər! Qarabağdan olan bütün bu qoyunlar- diviziya komandiri Arustamyan, Arzumanyan – hamısı başdan ayağadək övladlarımızın qanına bulaşıblar!”
Tədricən etiraz aksiyası polislə əsgər valideynləri arasında qarşıdurma xarakteri alıb. Etirazçılardan biri polis nəfərinə hücum edərək şüşə ilə onu vurub. Bunu görən polislər həmin adamı saxlamaq istəyəndə digər etirazçılar buna imkan verməyib. Hərbçilərin qohumları bəyan edib ki, hakimiyyət itkin düşən əsgər və zabitlərlə bağlı məsələni həll etməsə,  onlar övladlarını geri qaytarmaq üçün daha sərt tədbirlər görəcəklər.
  •  (0)
  •  (0)