Oğlu Arif Quliyev haqda: “Həkimlərin edə biləcəyi bir şey qalmayıb”backend

Oğlu Arif Quliyev haqda: “Həkimlərin edə biləcəyi bir şey qalmayıb”

Xəbər verdiyimiz kimi, Xalq artisti Arif Quliyev koronavirus infeksiyasına yoluxub və hazırda xəstəxanadadır.

Hokm.az xəbər verir ki, aktyorun oğlu Rövşən Quliyev axşam.az-a açıqlamasında atasının reanimasiyaya yerləşdirildiyini bildirib:

“Həkimlər əlindən gələni edirlər. Dörd gündür onlar da bizimlə birlikdə atamın sağlamlığı üçün çalışırlar. Aparatlara qoşulub. Artıq həkimlərin edə biləcəyi bir şey qalmayıb. Tək ümid Allahın möcüzəsidir. Dua edirik ki, bir möcüzə olsun atam sağalsın”.

  •  (0)
  •  (0)