Nurməhəmmədov Castin Geyci ilə görüşün hazırlıqlarına bu tarixdə başlayacaqbackend

Nurməhəmmədov Castin Geyci ilə görüşün hazırlıqlarına bu tarixdə başlayacaq

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədovun ABŞ təmsilçisi Castin Geyci ilə görüşdən əvvəl təlim-məşq toplanışına başlayacağı vaxt açıqlanıb.

Hokm.az xəbər verir ki, bu barədə TASS-a dağıstanlı idmançının meneceri Rizvan Maqomedov məlumat verib.

O, Nurməhəmmədovun sentyabrın 10-da Dubaya gedəcəyini bildirib. Maqomedov məşqçi Xavyer Mendesin də döyüşçü ilə birlikdə olacağını sözlərinə əlavə edib.

Qeyd edək ki, Həbib Nurməhəmmədov və Castin Geyci arasındakı görüş oktyabrın 24-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidə UFC 254 turniri zamanı gerçəkləşəcək.Report

  •  (0)
  •  (0)