Niyaməddin Musayev xəstəxanaya yerləşdirildibackend

Niyaməddin Musayev xəstəxanaya yerləşdirildi

Xalq artisti Niyaməddin Musayev koronavirus infeksiyasına yoluxub.

Hokm.az-ın məlumata görə, test nəticəsi pozitiv çıxan müğənni Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Bir neçə gündür N.Musayev orada müalicə alır.

Xəstəxanadan Axşam.az-a verilən məlumatda bildirilib ki, müğənninin hazırda durumu yaxşıdır. Onun hərarəti normala düşüb.

Əməkdaşımız N.Musayevlə əlaqə saxlasa da, o, bu haqda danışmaq istəmədiyini, özünü yaxşı hiss etdiyini bildirib.Axşam.az

  •  (0)
  •  (0)