Ermənistanda bir qrup yerli siyasətçi sensasion faktlarla çıxış edib. Onlar açıqlamaları ilə əslində bəzi həqiqətləri etiraf etmiş olublar.
“Vahid Ermənistan” partiyasının rəhbəri Artur Kazinyan “Oğru evdən olmasaydı” adlı məqaləsində saxta erməni tarixini ifşa edib.
İkinci Qarabağ savaşından bəhs edən Kazinyan Ermənistanda mövcud olan vəziyyəti də açıqlayıb.
Bu arada, Zəngəzurun Azərbaycan ərazisi olduğunu bildirən ”Mənim Addımım” fraksiyasının deputatı Arman Yeqoyanın eyni adlı vilayətə səfəri zamanı insident baş verib. Yerli əhalinin aqresiyası qarşısında Yeqoyan bir daha qeyd edib ki, Zəngəzurdakı mübahisəli ərazi Azərbaycana məxsusdur. Yerli əhali isə “güzəştə getmək fikrində olmadığını” iddia edərək onun ərazini tərk etməsini tələb edib.