“Fiziki tərbiyə dərslərində təmasların çoxluğu nəzərə alınaraq, müvəqqəti olaraq bu fənnin əyani tədrisdə dayandırılması tövsiyə olunur”.
Hokm.az-ın məlumatına görə, bunu xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair keçirilən mətbuat konfransında Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu bildirib.
O qeyd edib ki, fevralın 1-dən dərslər hibrid formada keçəcək:
“Sıxlığı çox olan məktəblərdə dərslər həftədə 3 dəfə, sıxlığı tənzimlənən məktəblərdə isə 5 dəfə olacaq”.Oxu.Az