“Nazirliyin mövqeyi millət vəkillərinə çatdırılacaq”backend

“Nazirliyin mövqeyi millət vəkillərinə çatdırılacaq”

“Ölkəmiz gələn ilə çox yaxşı makroiqtisadi göstəricilər şəraitində daxil olmaqdadır”.

“Hokm.az” xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.

“İstər ÜDM, istər investisiya məsələləri, bütün məsələlər hamısı öz həllini tapır, ortaya çıxan suallara da cavablar verilir. Bundan öncəki iclaslarda deputatlar tərəfindən çoxlu suallar qaldırılmışdı. O suallar hər biri İqtisadiyyat Nazirliyində qeydiyyata alınıb, araşdırılır və hər bir sual barəsində nazirliyin mövqeyini hazırlamışıq, millət vəkillərinə çatdırılacaq.

Birinci məsələ, bu və ya digər layihələrin icrasına investisiyaların ayrılması ilə bağlıdır. Burda dövlətin müəyyən etdiyi qayda var, baxılır, yerli icra orqanları tərəfindən təqdim olunur. Müəyyən prioritetlik nəzərə alınmaqla onlara büdcənin imkanları çərçivəsində vəsait ayrılır”, – deyə nazir müavini bildirib.

  •  (0)
  •  (0)