2023-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ilə Milli Məclis (MM) arasında 6 mindən çox sənəd dövriyyəsi olub.
Hokm.az xəbər verir ki, bunu nazir Sahil Babayev MM-in bu gün keçirilən plenar iclasında bildirib.
“Bu ilin 10 ayında isə həmin rəqəm 5 087 olub”, – deyə o qeyd edib.
Bundan başqa, S.Babayev deyib ki, bu ilin 9 ayında nazirliyin göstərdiyi elektron xidmətlərin sayı 400 milyonu keçib: “Bunun da 15 %-i və yaxud 60 milyonu vətəndaşlarımızla, qalanı isə biznes və dövlət qurumları ilə bağlı olub”.