Nazirliyin əməkdaşları və fermerlər təltif olundubackend

Nazirliyin əməkdaşları və fermerlər təltif olundu

Prezident İlham Əliyevin 2024-cü il 31 oktyabr tarixli “Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında” Sərəncamına əsasən təltif olunmuş Nazirlik əməkdaşları və fermerlərə orden və medallar təqdim olunub.

“Hokm.az”ın məlumatına əsasən, orden və medalların təqdim olunmasına həsr olunmuş tədbirdə çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, aqrar sahənin daha da inkişafı məqsədlə dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir.

Nazir bu gün aqrar sahədə əldə edilən uğurlar və nəticələrin Prezident İlham Əliyev tərəfindən çox yüksək qiymətləndirildiyini bildirib.

Qeyd olunub ki, aqrar sahədə çalışan şəxslərə ölkə başçısı tərəfindən daim böyük qayğı göstərilir. 31 oktyabr 2024-cü il tarixli Sərəncamla kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi onların əməyinə verilən yüksək dəyərdir.

Dövlət başçısının kənd təsərrüfatı sektorunda çalışan 37 nəfəri orden və medallarla təltif etdiyini xatırladan nazir Məcnun Məmmədov göstərdiyi yüksək diqqət və qayğıya görə aqrar sektorda çalışan insanlar adından Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Sonra təltif olunmuş nazirlik əməkdaşları və fermerlərə medal və vəsiqələr təqdim edilib.

 









  •  (1)
  •  (1)