“Gənclər və İdman Nazirliyində struktur dəyişikliyi olacaq”.
Hokm.az xəbər verir ki, bunu “Report”a açıqlamasında gənclər və idman naziri Fərid Qayıbov deyib.
Onun sözlərinə görə, hazırda bunun üzərində iş aparılır:
“İslahatlar davam edir. Təbii ki, həm gənclər, həm də idman sahəsi daim yenilənir. Ona görə də biz gecikməməliyik. Həm struktur dəyişikliyi üzərində iş aparılır, həm də islahatlar davam edir”.
F.Qayıbov həmçinin bildirib ki, rəhbəri olduğu nazirliyin planları çoxdur:
“Müxtəlif layihələr həyata keçirmək istəyirik, amma bunun üçün bir qədər vaxt lazımdır. Çünki təhlillər olur, yəni əvvəl təhlillər aparırıq. Bu isə məlumdur ki, bir günlük iş deyil. Təhlillərdən sonra artıq biz layihələrimizi həyata keçirməyə başlayacağıq. Layihələrin həyata keçirilməsi üçün isə bunun maliyyə və digər məsələləri var. Təkcə bizim nazirlikdən asılı olan səbəblər deyil. İnşallah yaxşı olacaq”.