Nazirlik rəsmisindən VACİB ÇAĞIRIŞ: “Bronxial astma COVID-19 üçün risk faktoru hesab olunur”backend

Nazirlik rəsmisindən VACİB ÇAĞIRIŞ: “Bronxial astma COVID-19 üçün risk faktoru hesab olunur”

Yanlız ağır gedişli bronxial astma COVID-19 üçün risk faktoru hesab olunur”.

Hokm.az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-terapevt Günay İsmayılova “Instagram” üzərindən canlı yayımda sualları cavablandırarkən deyib.

O bildirib ki, elmi araşdırmalar sübut edib ki, hər hansı allergik hal risk faktoru hesab olunmur:

“Xəstəliyin kəskin inkişaf dövründə vaksinasiya üçün əks-göstəriş verilə bilər. Allergik reaksiya kəskinləşmə dövrünə keçməyibsə, COVID-19 əleyhinə vaksin vurulmasında heç bir problem yoxdur. Kəskin dövr müşahidə edilirsə, müvəqqəti əks-göstəriş ola bilər. Zəruri müalicə tətbiqindən və ya kəskinləşmə dövründən sonra vaksin vurula bilər. Valideynlərin hər ikisində allergiya varsa, övladlarda allergik reaksiyaların yaranması 50 faiz daha çox olur. Yəni bu xəstəlikdə genetika da rol oynayır”.

  •  (0)
  •  (0)